Qazaxıstanın müdafiə naziri Azərbaycandadır

Qazaxıstanın müdafiə naziri Azərbaycandadır
  21 Aprel 2014    Oxunub:844
Qazaxıstan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata göə, bu gün Qazaxıstan Respublikasının Müdafiə naziri cənab Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb.

Səfər proqramı çərçivəsində cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.


Teqlər:





Xəbər lenti