Həbs edilən polkovniklə bağlı rəsmi AÇIQLAMA

Həbs edilən polkovniklə bağlı rəsmi AÇIQLAMA
  21 Aprel 2014    Oxunub:971
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şöbə rəisi rüşvət almaqda təqsirli bilinərək həbs edilib.
Bakı Şəhər Hərbi Prokurorluğundan verilən məlumata görə, aprelin 20-də ehtiyatda olan I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən, yaş həddinə görə 23 avqust 2013-cü il tarixində Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. Ona görə də hazırda bu şəxsin Müdafiə Nazirliyinə birbaşa bağlılığı yoxdur.

Qeyd edək ki, 56 yaşlı Qasım Quliyev uzun müddət HDQ-nin Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb.


Teqlər:





Xəbər lenti