“Azərsu”dan çökən yolla bağlı AÇIQLAMA

“Azərsu”dan çökən yolla bağlı AÇIQLAMA
  21 Aprel 2014    Oxunub:885
"Azərsu” Nobel prospektində yolun çökməsi ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, "Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir:

“"Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır, indiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil. Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti