Ahmet Sanıç Azərbaycandan qovulmayacaq - AÇIQLAMA

Ahmet Sanıç Azərbaycandan qovulmayacaq - AÇIQLAMA
  21 Aprel 2014    Oxunub:6449
Qafqaz Universitetinin rektoru Ahmet Sanıçın Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı yayılan xəbərlər yalandır.
Bunu AzVision.a-a açıqlamasında sözü gedən universitetinin prorektoru Natiq Paşa Hidayət deyib.

O, yayılan xəbərləri təkzib edərək bildirib ki, rektor hazırda iş başındadır:

“Bu tamamilə boş söhbətdir. Bu gün Ahmet bəyin rəhbərliyi ilə universitetin elmi şurasının iclası oldu. Elə hazırda da rektor iş başındadır”-deyə, N.P.Hidayət əlavə edib.

Qeyd edək ki, bu gün mətbuatda yayılan məlumata görə, Qafqaz Universitetinin rektoru Ahmet Sanıçın “nurçu”larla bağlantısı var və onun ölkədən deportasiyası gözlənilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti