TQDK-nın imtahanında kobud səhv - FOTOFAKT

TQDK-nın imtahanında kobud səhv - FOTOFAKT
  21 Aprel 2014    Oxunub:5448
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının həm birincisi, həm də ikincisində kobud səhvlər var. Təkcə tarix fənnindən deyil, eyni zamanda Azərbaycan dili fənnindən səhvlər var”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Dövlət Universitetinin tarix müəllimi, TQDK-nın ekpserti Kamran Əsədov deyib.

K.Əsədov vurğulayıb ki, o, bu səhvlər barədə TQDK-ya məlumat versə də bu barədə heç bir tədbir görülməyib: “Mədəni formada başa düşmək istəmirlər, ictimailəşdirmək lazımdır. TQDK səhvi ulduz qoymaqla həll etmiş sayır, amma belə olmaz. Guya elmi dərəcələri olan ekspertləri var. Yaşları çoxdur, amma vəziyyət ortadadır. Ətraflarına öz adamlarını yığıblar, istədikləri kimi millətin təhsili və gələcəyi ilə oynayırlar”.

Ekspertin qeyd etdiyi səhvlərin fotosunu və onun qeydlərini təqdim edirik.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti