Zakir Həsənov Türkiyəyə gedir

Zakir Həsənov Türkiyəyə gedir
  21 Aprel 2014    Oxunub:949
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasına səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasimində iştirak etmək üçün aprelin 23-də Türkiyə Respublikasına səfər edəcək.

Səfər aprelin 25-dək davam edəcək.


Teqlər:





Xəbər lenti