Bakıda silah-sursat tapılıb

Bakıda silah-sursat tapılıb
  21 Aprel 2014    Oxunub:972
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhəri, Səbail rayonunda təmir işləri aparılarkən döyüş sursatı aşkarlanıb.

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, təlim-tədris təyinatlı 2 ədəd TM-62 markalı tank əleyhinə minadır. Aşkar edilmiş sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblərr. Əməliyyat saat 13:59-da başa çatıb.


Teqlər:





Xəbər lenti