TQDK XI siniflər üçün monitorinq imtahanı keçirir

TQDK XI siniflər üçün monitorinq imtahanı keçirir
  21 Aprel 2014    Oxunub:961
TQDK Bakı və Sumqayıt şəhərlərində növbəti monitorinq imtahanları keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, TQDK 22, 23 və 24 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçirəcəkdir. İmtahanlar 280 məktəbdə təşkil olunacaq və prosesdə 15698 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.

Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.


Teqlər:





Xəbər lenti