Nurçuların Azərbaycanda gizli məktəbi - FOTOLAR

Nurçuların Azərbaycanda gizli məktəbi - FOTOLAR
  22 Aprel 2014    Oxunub:8291
Ötən gün Fətullah Gülən camaatına məxsus təhsil ocaqları ilə bağlı ətraflı məlumat vermişdik. Dünyanın dörd bir tərəfini əhatə edən nur təhsil şəbəkəsinin bölgədə ən çox Azərbaycana təsir etdiyi əldə etdiyimiz siyahıda açıq-aşkar sezilirdi. Belə ki, Gülən hərəkatının ölkəmizdə nə az nə çox 12 özəl məktəbi (lisey) fəaliyyət göstərir. Bununla yanaşı təriqətin paytaxtla yanaşı bölgələrdə də çoxlu sayda hazırlıq kursları, dərnəkləri fəaliyyət göstərir.

AzVision.az-ın əldə etdiyi məlumata görə, İsmayıllıda ali məktəblərə hazırlaşan abituriyentlərə keyfiyyətli təhsil təklif edən “Niyal” hazırlıq kursları da təriqət üzvlərinə məxsusdur.

İsmayıllıda “Cümə” məscidinin həyətində tikilən bu binada abituriyentlərə dini təhsillə yanaşı orta məktəb dərslikləri də tədris edilir. Kursa abituriyentlər xüsusi imtahan əsasında götürülürlər. Son illər İsmayıllıdan ali məktəbə yüksək balla qəbul olan tələbələrin bir neçəsi bu kursun məzunlarıdır.



Hazırlıq kurslarında ətraf rayonlardan gələn abituriyentlər yataqxana və yeməklə təmin olunurlar. Kursda yaxşı nəticə göstərən abituriyentlərə həvəsləndirmək məqsədi ilə pul mükafatı da verilir.

Bundan əlavə kursun daxilində Niyal Yaradıcılıq Dərnəyi fəaliyyət göstərir. Dərnək Zamir Erkin Ağazadə tərəfindən qurulub.



Özlərini qeyd etdiyi kimi dərnəyin əsas missiyası gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılmasıdır.

Bütövlükdə yüksək keyfiyyətli təhsil verən müəssisənin təriqət üzvlərinin nəzarətində olduğu bildirilir. Burada daha çox İsmayıllıdan olan abituyentlərlə yanaşı Göyçay, Qəbələ, Qax, Ağsu və digər rayonlardan olan abituriyentlər təhsil alırlar.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti