Komitə sədri bu gün Rauf Mirqədirovla görüşəcək

Komitə sədri bu gün Rauf Mirqədirovla görüşəcək
  22 Aprel 2014    Oxunub:969
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla bu gün görüşəcək.
Bu barədə AzVision.az-a E.Behbudov məlumat verib. Onun sözlərinə görə, bu gün Rauf Mirqədirovla görüşmək üçün saxlanılan yerə gedəcək.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.

Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.

Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilir ki, Mirqədirov Rauf Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

O, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti