Ziya Məmmədov vətəndaşların görüşünə gedir

Ziya Məmmədov vətəndaşların görüşünə gedir
  22 Aprel 2014    Oxunub:1177
Nəqliyyat naziri Ziya Məmmədov aprelin 25-də vətəndaşlarla görüşəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədov 2014-cü il 25 aprel tarixində Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 23 aprel 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

• Daşkəsən “22 saylı Yol İstismarı İdarəsi” (Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsi)
• Şəmkir “23 saylı Yol İstismarı İdarəsi” (Şəmkir rayonu, Dəllər qəsəbəsi)
• Gədəbəy “24 saylı Yol İstismarı İdarəsi” (Gədəbəy rayonu, Qızıltorpaq qəsəbəsi)

AzVision.az


Teqlər:



Xəbər lenti