Nuşirəvan Məhərrəmli “Yurd” TV-dən danışdı

Nuşirəvan Məhərrəmli “Yurd” TV-dən danışdı
  22 Aprel 2014    Oxunub:1021
“Azərbaycanda internet televiziyalarına kabel şəbəkəsində də yayım üçün lisenziya verilməyəcək”.
AzVision.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, əgər hər hansı internet televiziyası kabel şəbəkəsində yayımlanarsa, o zaman o telekanal internet yayımdan çıxır və onun fəaliyyət dairəsi daha da genişlənir və kabel televiziyaları statusuna uyğun olur.

N.Məhərrəmli deyib ki, əgər hər hansı internet televiziyası kabel şəbəkəsində yayımlansa, o zaman onun da fəaliyyəti tənzimlənəcək: “Bunun üçün də həmin internet televiziyası lisenziya alıb kabel yayımına keçməlidir. Bu məsələ ilə bağlı isə əvvəllər şifahi şəkildə müraciətlər olsa da, ancaq indi belə müraciətlər yoxdur. Hər kəs öz bildiyi kimi istədiyi vaxt kabel televiziyasında yayımlana bilməz. Belə olduğu təqdirdə televiziya kanallarının sayı çox olar. Bu məsələ müvafiq formada həyata keçirilir. Kim kabel şəbəkəsində yayımlanmaq istəyirsə, o zaman müvafiq müraciətlər edir və o məsələyə baxılır, daha sonra müvafiq qərar qəbul olunur”.

N.Məhərrəmli bu yaxınlarda fəaliyyəti dayandırılmış Yurd televiziyasının yayımının bərpa edilməsi ilə bağlı MTRŞ-ya müvafiq müraciət edilib-edilməməsi məsələsinə də toxunub: “Yurd TV-dən bizə hər hansı müraciət edilməyib. Ona görə də bu barədə məlumatsızam”.

MTRŞ sədri qeyd edib ki, indi Azərbaycanda telekanalların sayı kifayət qədərdir: “Bu, isə Azərbaycanın ərazi böyüklüyünə görə qənaətbəxşdir”.


Teqlər:





Xəbər lenti