Ramil Usubov rekorda imza atdı - 20 il

Ramil Usubov rekorda imza atdı - 20 il
  22 Aprel 2014    Oxunub:1261
Ramil Usubovun daxili işlər naziri təyin olunmasından 20 il ötür. Ramil Usubov başçılıq etdiyi qurumun tarixində nazir postunda ən uzun müddət çalışmış şəxsdir.
1918-ci ildən bəri Azərbaycanın daxili işlər naziri postunu, Ramil Usubov da daxil olmaqla, 27 nəfər tutub. Onların çoxu postlarında az müddət işləyib. Nazir kürsüsündə uzun müddət oturanlar arasında Ramil Usubovu çıxmaqla ən böyük göstərici Stepan Yemelyanova (1 avqust 1929 – 5 fevral 1941) və Cəfər Vəliyevə (4 noyabr 1978 – 6 aprel 1987) məxsusdur: təxminən 13 il.

Ağasəlim Atakişiyev 10 ilədək (10 iyul 1943 – 6 iyun 1953), Arif Heydərov (19 mart 1970 – 20 iyul 1978) 8 ildən bir qədər artıq, Mircəfər Bağırov (5 oktyabr 1921 – 22 may 1927) 6 ilədək, Məmməd Əlizadə (5 yanvar 1965 – 19 mart 1970) 5 ildən bir qədər çox, Xəlil Məmmədov (3 noyabr 1960 – 5 yanvar 1965) 5 ilədək nazir olublar.

Ramil Usubov 1994-cü il aprelin 29-da daxili işlər naziri təyin olunub.

1948-ci ildə Xocalıda anadan olan Ramil Usubov 1973-cü ildə Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir.

1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı Şəhər-Rayon Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb.

1987-1989 və 1993-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub.

1989-1991-ci illərdə Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

1994-cü ildə general-mayor, 1995-ci ildə general-leytenant, 2002-ci ildə general-polkovnik hərbi rütbəsi alıb.

1998-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.(“Media forum” )


Teqlər:  





Xəbər lenti