Rauf Mirqədirov: "10 dəfə Ermənistana getmişəm"

Rauf Mirqədirov: "10 dəfə Ermənistana getmişəm"
  22 Aprel 2014    Oxunub:1157
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və müavini Elçin Şirinov Türkiyədən deportasiya edilən və barəsində həbs qətiimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirova baş çəkiblər.
Elçin Behbudov Anspress-ə açıqlamasında Rauf Mirqədirovun hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığını bildirib. O, deyib ki, Rauf Mirqədirovun saxlanma şəaraiti və ona qarşı rəftar qaydalarından şikayəti etməyib:

“Bildirdi ki, jurnalist kimi burada ona qarşı normal münasibət göstərirlər. Yəni ona qarşı heç bir təzyiq olmayıb. Onun barəsində artıq 3 ay həbs qəti imkan tədbiri seçilib. Mən ondan soruşdum ki, 274-cü maddə ilə özünü günahkar bilirsənmi? O dedi ki, mən özümü bu maddə ilə günahkar bilmirəm. O Ermənistana getdiyini dedi. Dedi ki, bəli getmişəm.Yalan olmasın bəlkə bir 10 dəfə, bəlkə çox. Dedi ki burada nə var?”

Qeyd edək ki, Rauf Mirqədirov son aylar Türkiyədən deportasiya edilən ikinci azərbaycanlı jurnalistdir. Fevral ayında “Today’s Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun deportasiya olunmasında hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi amilinin səbəb olduğu iddia edilirdi.


Teqlər:



Xəbər lenti