Milli Məclis mayın 2-də toplanacaq

Milli Məclis mayın 2-də toplanacaq
  22 Aprel 2014    Oxunub:1123
Milli Məclisin növbəti plenar iclası mayın 2-də keçiriləcək.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

MM rəsminin sözlərinə görə, iclasın gündəliyinə 12 məsələ təklif edilib.

Mayın 2-də keçiriləcək iclasda İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, Yaşıllıqların mühafizəsi haqqında”, “Dövlət reyestri haqqında” Qanunlara dəyişikliklər və digər sənədlər müzakirə ediləcək.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti