Nazirlik mehmanxanalara sertifikat verdi - Siyahı

Nazirlik mehmanxanalara sertifikat verdi - Siyahı
  23 Aprel 2014    Oxunub:939
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014"-ə uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 17.04.2014 - 17.04.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:

1. "Fairmont Baku" mehmanxanası (5 + ulduz)
2. "Qafqaz Point Hotel" mehmanxanası (5 ulduz)
3. "Astoria Baku mehmanxanası (4 ulduz)
4. "Modern Hotel" mehmanxanası (4 ulduz)
5. "Çıraq Plaza" mehmanxanası (4 ulduz)


Teqlər:





Xəbər lenti