Gömrük Hospitalından yenilik

Gömrük Hospitalından yenilik
  23 Aprel 2014    Oxunub:986
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı Azərbaycan səhiyyəsində daha bir yeniliyə imza atıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Hospitalın Nefrologiya və Efferent Terapiya şöbəsində Qafqazda ilk dəfə olaraq dializ xəstələrinin müalicəsində istifadə olunan Neksadiya dializ proqramının tətbiqinə başlanılıb.

Dializ sahəsində ən mütərəqqi sistemin tətbiqi zamanı hospitala daxil olan xəstələr xüsusi çip kartlarla təmin edilir. Bu kartda əsasən pasientin və onun xəstəliyinin inkişafı haqqında məlumatlar öz əksini tapır. Müalicə zamanı aparata daxil edilən çip kart həkimlərə prosesi onlayn şəkildə izləməyə imkan verir.

Mərkəzi Gömrük Hospitalında tətbiq olunan süni böyrək cihazları dializ zamanı adekvatlıq indekslərini (KT/V və URR) izləməyə imkan yaradır. Dializ aləmində ən mürəkkəb sayılan damar yolu və resirkulyasiyanı düzgün hesablamaq üçün şöbədə yeni KritLayn (CritLine) cihazının istifadəsinə də başlanılıb.

Kritlayn cihazı prosedur zamanı xəstənin gemoqlobinini, Hematokriti, Oksigen saturasiyasını və resirkulyasiya indeksini onlayn rejimdə izləməyə imkan verir. Ondan əlavə bu cihaz ademiya sistemi ilə təchiz olunub. Ademiya sistemi onlayn rejimdə xəstənin adekvatlıq indekslərini qeyd etməyə imkan verir. Onlayn olaraq KT/V və URR indeksləri də izlənilə bilir.



Teqlər:  





Xəbər lenti