Gülər Əhmədovanın məkhəməsi təxirə salındı

Gülər Əhmədovanın məkhəməsi təxirə salındı
  23 Aprel 2014    Oxunub:1263
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə bu günə təyin edilən məhkəmə baxışı təxirə salınıb.

AzVision.az-ın məlumatına görə, prosesin təxirə salınmasına səbəb vəkil Fazil Neymətovun məhkəməyə gəlməməsi olub.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəməyə göndərdiyi teleqramda vəkil Xətai rayon məhkəməsində başqa bir prosesdə iştirak etdiyi üçün prosesə qatıla bilməyəcəyini bildirib.

G.Əhmədova da vəkili iştirak etmədiyi üçün prosesin təxirə salınması haqqında vəsatət qaldırıb. Məhkəmə Kollegiyası vəsatəti nəzərə alaraq prosesi aprelin 25-i saat 15:00-a təyin edib.



Teqlər:  





Xəbər lenti