Azad Rəhimov nazirlikdəki korrupsiyadan danışdı

Azad Rəhimov nazirlikdəki korrupsiyadan danışdı
  23 Aprel 2014    Oxunub:990
Gənclər və idman naziri Azad Rəhimov nazirlikdə korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında nazir bu məlumatın yalnış olduğunu qeyd edib:

“Hesablama Palatası son illər ərzində hər il bizim nazirliyi və digərlərini yoxlayır. Nəticədə Milli Məclisə öz təhlilini təqdim edir. Sonuncu təqdimatla tanış olmuşuq. Böyük nöqsanlar olmadan kiçikləri aradan qaldırılıb. Normal yoxlama keçib”.

Nazir mətbuatda gedən məlumatın səhv olduğunu söyləyib: “Niyəsə bəzi saytlarda yazılıb ki, Daşkəsən rayonunda təyinat dəyişikliyi olub. Xoşbulaq adlanan ərazidə olimpiya idman kompleksinin təməl qoyulub. Lakin həmin ərazi şəhər mərkəzindən uzaqda yerləşir, ona görə də prezientin təklifi ilə orada Gənclər Mərkəzi tikilib və istifadəyə verilib. Digər komplekslər də fəaliyyətdədir.”

Azad Rəhimov əlavə edib ki, bəzən tikinti şirkətləri səhvə yol versə də, bu aradan qaldırılır: “Amma biz çalışırıq ki, onu da aradan qaldıraq. Ayrılan maliyyədən 5% faizi zəmanət kimi saxlanır. Əgər hər hansı nöqsan olarsa, həmin vəsaitlər nöqsanı aradan qaldıraq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti