Ermənilər əsgərimizi yaraladı

Ermənilər əsgərimizi yaraladı
  24 Aprel 2014    Oxunub:918
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri Elnur Əli oğlu Məcidov döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti