Bakıda neft çəni yanır, xəsarət alan yoxdur -YENİLƏNİB

Bakıda neft çəni yanır, xəsarət alan yoxdur -YENİLƏNİB
  24 Aprel 2014    Oxunub:1249
Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində güclü partlayış olub.

AzVision.az lent.az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində yamac ərazidə yerləşən iri neft çənlərindən birində güclü partlayış olub. Partlayış az sonra yanğına keçib.

Hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Partlayış nəticəsində insan tələfatının olub-olmaması məlum deyil.


***
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft çənində baş vermiş yanğınla bağlı məlumat açıqlayıb.

ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 24-də saat 09:40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qaz çıxarma idarəsinin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş vermişdir.
Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.

Məlumatda bildirilir ki, çəndə toplanmış neft aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.



Teqlər:  





Xəbər lenti