Yaralanan əsgərlə bağlı rəsmi AÇIQLAMA

Yaralanan əsgərlə bağlı rəsmi AÇIQLAMA
  24 Aprel 2014    Oxunub:847
Müdafiə Nazirliyi cəbhədə Azərbaycan əsgərinin yaralanması ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 23-ü saat 20:40 radələrində Qəbələ rayonundan hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məcidov Elnur Əli oğlu döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib.

Yaralı əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti