Azərbaycanda 76 nəfər zəhərlənib - RƏSMİ

Azərbaycanda 76 nəfər zəhərlənib - RƏSMİ
  24 Aprel 2014    Oxunub:1861
Şadlıq evlərindən 760 yaxma nümunəsi, 5 soyuq qəlyanaltı nümunəsi götürülüb, 7 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinidən AzVision.az-a verilən məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin mart ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 15 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 246, toksikoloji göstəricilərinə görə 193, radioloji göstəricilərinə görə 12 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 11-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 760 yaxma nümunəsi, 5 soyuq qəlyanaltı nümunəsi götürülüb, 7 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Mart ayı ərzində əhali arasında 76 qida zəhərlənməsi hadisəsi baş verib, 83 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş vermiş, 7 nəfər zərərçəkən olub.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:  





Xəbər lenti