Aynar Məmmədovun maşını saxlanıldı

Aynar Məmmədovun maşını saxlanıldı
  24 Aprel 2014    Oxunub:5143
Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun 10-LZ-100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avtomobili hazırda cərimə meydançasındadır.
AzVision.az “Novosti Azerbaydjana” saytına istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Aynar Məmmədovun maşınını etibarnəmə əsasında paytaxt sakini Elxan İbrahim oğlu Əliyev sürürmüş.

Qeyd edək ki, Elton Məmmədov həmin avtomobilin Aynar Məmmədova məxsus olmasını təkzib etmişdi.


Teqlər:  





Xəbər lenti