Ehud Barak Nizami Mərkəzinə üzv seçilib

  24 Aprel 2014    Oxunub : 480
Ehud Barak Nizami Mərkəzinə üzv seçilib
2012-ci ildə Azərbaycanda yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İsrailin sabiq baş naziri, tanınmış yəhudi hərbçisi və siyasi xadimi Ehud Barakı öz üzvü seçib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, hazırda 47 sabiq dövlət başçısı NGBM-nin üzvüdür.

Mərkəzin əsas vəzifəsi mədəniyyətlərarası və millətlərarası dialoqu inkişaf etdirmək, tolerantlıq, qarşılıqlı anlaşma, millətlərarası və dinlərarası bərabərlik ideyalarını dünyada təbliğ etməkdir.
NGBM-dən YXA-ya deyib: ”NGBM-nin yeni üzvü Ehud Barak aprelin 27-30-da Azərbaycana səfər edəcək. E.Barak II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.

Bu forum Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə NGBM və Madrid Klubu tərəfindən təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-ci ildən sonrakı dövrdə Minilliyin inkişafı layihəsinə həsr olunub. Əsasən təhsil, sosial müdafiə, cəmiyyətdə gender bərabərliyi problemlərini müzakirə edəcək forumun işi Şərq və Qərb arasında dialoqun dəstəklənməsinə yönəldiləcəkdir. İsraili təmsil edən E.Barakın bu tədbirdə iştirakı heç şübhəsiz çox əhəmiyyətlidir.

Madrid Klubu, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, BMT, UNESCO, Beynəlxalq Münasibətlər Şurası, Dünya Elm, İncəsənət və Mədəniyyət Akademiyası, ABŞ-ın Konqres Kitabxanası kimi nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də forumda iştirak edəcəklər.

Mərkəzdən YXA-ya deyib: “Ehud Barak Azərbaycana səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Assambleyasının birinci iclasında da iştirak edəcək”.

Teqlər: