Səfirimiz sultana özünü təqdim etdi

  24 Aprel 2014    Oxunub : 443
Səfirimiz sultana özünü təqdim etdi
Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev etimadnaməsini Oman Sultanı Qabus bin Səyidə təqdim edib.
Görüşdə səfir Rasim Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Oman Sultanı Qabus bin Səyidə çatdırmış və Oman xalqına tərəqqi və çiçəklənmə arzu edib.

Səfir iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.

Oman Sultanı Qabus bin Səyid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ən səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş etmiş və iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını vurğulayıb.

Sultan Qabus bin Səyid səfir Rasim Rzayevə diplomatik fəaliyyətində uğurlar arzulamış və onun diplomatik fəaliyyəti dövründə Azərbaycan və Oman arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Rasim Rzayev öz fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Teqlər: