Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül qoyan cütlük Əli Rzayev və Aytən Vəliyeva daha sonra mərkəzə daxil olaraq əlamətdar günlərini qeydiyyata aldırıblar.
Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən yeni ailə quran cütlüklərin nigahı qeydə alınaraq onlara nigah haqqında şəhədətnamə təqdim edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından bəylə gəlinə qızıl və xalça hədiyyəsi təqdim edilib.
Bəy Əli Rzayev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onların bu təşəbbüsünün reallaşmasında əməyi olan insanlara minnətdarlıq bildirib. Ailə qurmağa hazırlaşan gəncləri bu ənənəni davam etdirməyə səsləyib.








Vaxtında, Aydın, Lazımlı!


