Aynar Məmmədovdan deputatlara CAVAB
Aynar Məmmədov deputatlara yanlız bir sözlə - Respect ( ingiliscədən tərcümədə hörmət deməkdir-red) cavab verərək onların mövqeyindən məmnun olduğunu gizlətməyib.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Aynar Məmmədovun müxafiəsinə qalxaraq onunla bağlı səslənən fikirlərə etiraz edib:
“O, öz sahəsini kifayət qədər peşəkar bilən adamdır. Onun övladlarını qudurğan saymaq, qətiyyən, doğru deyil. Əgər yadınızdadırsa, bir zamanlar Kəmaləddin Heydərovun da oğlunun barəsində belə yazılar çap olunurdu. Amma sonradan məlum oldu ki, o xaricdə təhsil almış kifayət qədər tərbiyəli və qabiliyyətli oğlandır. Yaxud Ziya Məmmədovun oğlu Anar Məmmədovun da haqqında belə yazılar yazılırdı. Amma Anar Məmmədov bu yazıları yazan insanlardan daha çox mühüm işlər görüb”.
YAP-çı deputat S.Novruzov da Elton Məmmədovun övladlarının ağıllı və tərbiyəli olduqlarını bildirib.
“Onların pis hərəkətini görməmişəm. Ötən gün mən ümumilikdə məmur övladları, onların dəbdəbəli həyatı və fəaliyyəti haqqında söz demişəm. Lakin bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub”.
Anar RÜSTƏMOV







Vaxtında, Aydın, Lazımlı!


