Tibb bacıları bu gün imtahan verir

Tibb bacıları bu gün imtahan verir
  25 Aprel 2014    Oxunub:8835
Bu gün Azərbaycanda tibb bacılarının test imtahanı keçirilir.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, imtahanın ilk mərhələsində sualların 60 faizindən çoxuna cavab verən namizədlər ikinci mərhələyə - müsahibəyə dəvət olunacaq.

İmtahandan keçə bilməyən tibb bacılarına yenidən imtahan verə bilmək üçün 6 ay möhlət veriləcək. İkinci dəfə uğursuz nəticə əldə edən tibb bacıları işi ilə vidalaşmalı olacaq. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, test imtahanları saat 11.00-da Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçiriləcək.

Mirvari Nəcəf



Teqlər:  



Xəbər lenti