TQDK abituriyentlərə xəbərdarlıq etdi

TQDK abituriyentlərə xəbərdarlıq etdi
  25 Aprel 2014    Oxunub:1029
Bu gün rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanının birinci mərhələsində iştirakı üçün ərizələrini təsdiq etməsinin son günüdür.
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan dili imtahanında iştirak etmək istəyən rus bölməsi abituriyentləri bu gün öz ərizələrini təsdiqləməlidirlər.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisi mayın 4-də, ikincisi isə iyulun 3-də keçiriləcək.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti