Azad Rəhimov ANS-i bağışlayacaqmı?

Azad Rəhimov ANS-i bağışlayacaqmı?
  25 Aprel 2014    Oxunub:1214
Gənclər və idman naziri Azar Rəhimov aprelin 23-də keçirdiyi mətbuat konfransında ANS telekanalından şikayətlənərək bu telekanalı məhkəməyə verəcəyini bildirib.
Nazir bu addımı nazirlikdə korrupsiya faktının edilməsi ilə bağlı ötən gün ANS telekanalının “Xəbərçi” proqramında gedən sujetlə əlaqələndirib.

Nazirliyin məhkəməyə müraciət edib-etmədiyni öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxladıq.

AzVision.az-a danışan qurum rəsmisi məsələ ilə bağlı yeni məlumata malik olmadığını bildirib:

“Bununla bağlı məlumat yoxdur. Nə isə yeni məlumat olanda mətbuata açıqlama verəcəyik”,-deyə nazirliyin mətbuat katibi qeyd edib.

Bəzi məlumatlara görə, Azad Rəhimov ANS telekanalını bağışlayaraq məhkəmə iddiasından vaz keçəcək. Qalmaqaldan uzad duran nazirin belə bir addım atacağından isə nazirlik xəbərsizdir.

Qeyd edək ki, ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov mətbuata açıqlamasında nazirin bu addımı qınayıb. Mais Mənsimov Azad Rəhimovun televiziya barəsində həqiqəti əks etdirməyən fikirlər səsləndirdiyini deyib. Bildirib ki, Azad Rəhimov yalan deyir, sözügedən xəbərin istinad mənbəyi başqa saytdır.

Xatırladaq ki, ötən gün ANS telekanalı idman komplekslərinin tikintisindəki korrupsiya faktları ilə bağlı reportaj hazırlayıb. Sujetdə nazirliyin fəaliyyətində yol verdiyi nöqsanlar önə çəkilib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti