Mikayıl Cabbarova yeni müşavir təyin edildi
“Hazırda təhsil nazirinin 3 müşaviri var – mən, Hüseyn Əliyev və İlham Pirməmmədov. Təhsil nazirinin müşaviri Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor təyin olunandan sonra müşavir vəzifəsinə təyin olundum və bu işin icrasına başladım. İndi əsas diqqətimi təhsilin bütün pillələri üzrə təkliflərin hazırlanmasına yönəltmişəm”.
A.İbrahimov əlavə edib ki, hazırda təhsil nazirinin digər müşaviri Hüseyn Əliyev həm də nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi vəzifəsini icra edir.
Teqlər: