“İlham Əliyevin Sərkisyana cavabı qürurvericidir”

“İlham Əliyevin Sərkisyana cavabı qürurvericidir”
  25 Aprel 2014    Oxunub:969
“Azərbaycan Prezidenti İlham Əliyevin isə “Türkiyə burada yoxdur, mən buradayam deyərək” Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurvericidir, məncə, hətta bir neçə gün öncə baş naziri ermənilərə baş sağlığı verən Türkiyə üçün də az əhəmiyyətli deyil”.

AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı ekpsert Vüqar Bayramov Praqadan yazıb.

Ekspert eyni zamanda beynəlxalq təşkilatlarda ermənilərin Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi vacibdir. Amma Ermənistan nümayəndə heyətinin az qala daxili məsələlərdə ya Azərbaycanı və ya Türkiyəni günahladırması regionda “qaydasiz diplomatiya oyunundan” xəbər verir. Nəinki Praqa Sammitində hətta son aylar təşkil edilən bütün beynəlxalq tədbirlərdə ermənilər hətta Gömrük İttifağına qoşulmaqlarında da Azərbaycanı suçlu olduğunu müxtəlif auidortiyalara çatdırmağa çalışırlar. Öz ərazisində Rusiya hərbi bazasını saxlayan və daimi olaraq Moskvadan silah yardımı alan Yerevan ötən yay Azərbaycanın Rusiya arasındakı ticari anlaşmanı Ermənistanın Gömrük İttifağına qoşulmasının əsas səbəbi kimi göstərirlər. Buna nə ad vermək olar? Nə isə demək çətindir. Biz təbii ki, bütün görüşlərdə erməni arqumentlərini cavablandırırıq və Qarabağ məsələsində nəinki Rusiyanın aqressiv siyasətini, hətta Qərbin də ikili siyasətindən narahatçılığımızı bildiririk”.

Vüqar Bayramov ötən gün Praqada Ermənistan dövlət başçısının Şərq Tərəfdaşlıq Sammitindəki çıxışına da toxunub:

“Dünən burada baş verənlərini izah etmək üçünsə söz tapmaq çətindir. Ermənistan dövlət başçısı `Şərqi Tərəfdaşlıq` Sammitində çıxışını Yerevanın Moskva ilə yaxınlaşması, Avropa Birliyi ilə danışıqları dayandırması səbəbləri deyil, Türkiyənin ittihamına ünvanlanan qondurma soyqırım üzərində qurur. Halbuki nə Türkiyənin coğrafi baxımdan Şərqi Tərəfdaşlıq Proqramına dəxli var, nə də qondurma soyqırım nə zamansa sözügedən proqramın gündəliyində olub. Azərbaycan Prezidenti İlham Əliyevin isə “Türkiyə burada yoxdur, mən buradayam deyərək” Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurvericidir, məncə, hətta bir neçə gün öncə baş naziri ermənilərə baş sağlığı verən Türkiyə üçün də az əhəmiyyətli deyil”-deyə ekspert Praqadan bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti