Kreditlə maşın almaq müşkülə döndü

Kreditlə maşın almaq müşkülə döndü
  25 Aprel 2014    Oxunub:1961
Mərkəzi Bankın tərtib etdiyi yeni qaydalarla avtomobil almaq üçün şərtlər sərtləşdirilib.
Belə ki, bu portfelə aid kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40%, maksimum 80% olub. İlkin ödənişin məbləği avtomobilin təzə və ya köhnə olmasından asılıdır. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunur.

Təzə avtomobillərdə ilkin ödəniş 40-50% arasında dəyişir. Bu avtomobilin qiymətindən də asılıdır. Belə ki, qiyməti 30 min manata qədər olan avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40% olub.

Mütəxəssislər deyir ki, bütün bu dəyişikliklər hazırda avtomobil krediti bazarındakı risqlərin azalması məqsədi daşıyır. Köhnə, yəni istehsal tarixindən bir il keçən avtomobillərdə isə ilkin ödənişin məbləği 80% olub. Burada avtomobilin qiyməti rol oynamır.

Qeyd edək ki, avtomobil kreditlərinin bərpasında banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də maraqlı idilər. Yanvardan avtomobil kreditlərinin məhdudlaşdırılması sığorta şirkətlərinin işinə ciddi təsir edib. (Türkəl TV)




Teqlər:  





Xəbər lenti