Prezidentin Sərkisyana cavabına YAP-dan reaksiya

Prezidentin Sərkisyana cavabına YAP-dan reaksiya
  25 Aprel 2014    Oxunub:1091
“Prezident bir daha qətiyyət nümayiş etdirərək göstərib ki, Azərbaycan erməni yalanlarını hər zaman ifşa edir və onların yayılmasının qarşısını almaqda ön cəbhədə dayanıb”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Prezident İlham Əliyevin Praqada Ermənistan prezidenti Serj Sərkisyana verdiyi cavabı dəyərləndirərkən bildirib.

YAP rəsmisi bildirib ki, erməni tərəfi beynəlxalq tədbirlərdə fürsətdən yararlanaraq uydurma erməni soyqırımı haqqında məlumatları yaymağa çalışır.

“Bu, ideloji mübarizədir, təbliğat müharibəsidir. Aydındır ki, “Şərq tərəfdaşlığı” toplantısında Türkiyə əleyhinə fikir səsləndirəndə də erməni tərəfi buradan bir təbliğat tribunası kimi istifadə etməyə, öz yalanlarını yaymağa çalışırdı. Biz Türkiyə ilə müttəfiqik, dost ölkəyik, eyni zamanda ermənilərin qondarma erməni soyqırımı haqqında əfsanələrinin mahiyyət və mənası bizə daha aydındır, çünki onlar 20 ilə yaxındır ki, bizim torpaqlarımızı işğal ediblər. Xocalıda soyqırım törədiblər. Ona görə də cənab prezident bir daha qətiyyət nümayiş etdirib. Göstərib ki, Azərbaycan erməni yalanlarını hər zaman ifşa edir və onların yayılmasının qarşısını almaqda ön cəbhədə dayanıb. Prezidentin bu çıxışı həm Türkiyə, həm də Azərbaycan mətbuatında geniş yer alıb və ictiamiyyət sosial şəbəkələrdə birmənalı şəkildə prezidentin bu çıxışını alqışlayır”-deyə YAP yetkilisi vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Praqada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində çıxış edərək Ermənistan Prezidenti Serj Sərkisyanın Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Ölkə başçısı Sərkisyana: “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” cavabını verib.

Fatimə Kərimli



Teqlər:  



Xəbər lenti