Ramil Səfərovdan Sərkisyana CAVAB
AzVision.az xəbər verir ki, musavat.com məsələ ilə bağlı Silahlı Qüvvələrimizdə xidmətini davam etdirən Ramil Səfərovun mövqeyini öyrənib. Azərbaycanlı zabit bunları deyib:
“Açığı, belə qeyri-ciddi bir məsələyə mən heç bir şərh vermək istəməzdim. Mən əvvəllər də, indi də özümə qarşı erməni tərəfinin səsləndirdiyi hədə-qorxu dolu fikirləri çox eşitmişəm. Silahlı Qüvvələrin zabiti kimi, Azərbaycan vətəndaşı kimi ermənilərin bu cür sayıqlamalarına ümumiyyətlə fikir verməmişəm və indi də bu mövqedəyəm. Mən hazırda xidmət yerindəyəm və gündəlik fəaliyyətlərimizlə məşğuluq. Bir daha bildirirəm ki, bu cür absurd çağırışları ciddi qəbul etmək fikrim yoxdur və mətbuat işçilərini də buna səsləyirəm”.







Vaxtında, Aydın, Lazımlı!


