İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  25 Aprel 2014    Oxunub:911
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd olunur: "Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əlcəzair xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".


Teqlər:  





Xəbər lenti