AzərTAC-da yeni təyinat

AzərTAC-da yeni təyinat
  26 Aprel 2014    Oxunub:1428
AzərTAC Dövlət İnformasiya Agentliyində yeni təyinat olub.

AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, Xalq qəzeti”nin siyasət şöbəsinin icmalçısı Rauf Əliyev (Kəngərli) AzərTAC-ın Naxçıvan bürosunun rəhbəri təyin edilib.

Bildirək ki, əvvəllər Naxçıvan Muxtar Respublikasında AzərTAC-ın xüsusi müxbir ştatı olub. Artıq bir neçə ildir ki, bu ştat boş qalıbmış.

Prezident İlham Əliyevin Naxçıvana son səfərindən sonra isə AzərTAC rəhbərliyi muxtar respublikada fəaliyyətlərini genişləndirmək məqsədi ilə burada xüsusi büro yaradılıb. Həmin büroya rəhbərlik etmək üçün isə Rauf Əliyev təyin olunub.

Rauf Əliyev “Xalq qəzeti”ndən öncə “Lider” televiziyasının xəbərlər xidmətində çalışıb.


Teqlər:  



Xəbər lenti