Səlim Müslümov Ağdamda məmurlardan narazı qaldı

Səlim Müslümov Ağdamda məmurlardan narazı qaldı
  26 Aprel 2014    Oxunub:903
Bu gün Ağdamın Quzanlı kəndində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iştirakı ilə Qarabağ döyüşlərində sağlamlığını itirmiş şəxslərə və şəhid ailələrinə yeni tikilmiş mənzillərin açarları təqdim olunub.

AzVision.az APA-ya istinadən xəbər verir ki ,açılış mərasimində maraqlı məqam baş verib. Belə ki, açılış mərasimi üçün qəsəbəyə gələn Səlim Müslümov ev alacaq şəxslərə açarları özü təqdim etmək istəyib. Lakin mərasimə bu şəxslərdən yalnız bir neçə nəfərin dəvət olunduğunu görüb.

O, açılış mərasimini təxirə salıb və nazirliyin rayon şöbəsinə ev alacaq şəxslərin hamısının dəvət olunması barədə tapşırıq verib.

Bundan sonra 54 mənzilin sahibi yeni tikilmiş mənzillərinin açarlarını almaq üçün dəvət olunub. S. Müslümov nazirliyin hazırladığı siyahı üzrə hər kəsə açarları təqdim edib. O, jurnalistlərlə birgə bütün mənzillərə baxış keçirib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olanlar üçün nəzərdə tutulub.



Teqlər:





Xəbər lenti