Moskvada kütləvi dava: azərbaycanlı öldürüldü
Moskvanın Bryansk küçəsində yerləşən mağazaya hücum edən 8 azərbaycanlı 49 yaşlı İ. Zeynalovu güllələyib. Onlar öz həmyerlilərini döş nahiyəsindən iki dəfə yaralayıblar, lakin o müqavimət göstərməyə davam edib. Güllələri bitən dələduzlar bıçaqdan istifadə etməyə başlayıb. Zeynalov onlara bıçaqla hücum edən zaman təsadüfən mağazada satıcı işləyən bacısı oğlu Abbasov R-i yaralayıb. Bundan dərhal sonra hücum edən şəxslər “VAZ – 21144” markalı avtomobilə minərək hadisə yerindən qaçıblar.
Abbasov yaralı halda xəstəxanaya çatdırılsa da, Zeynalov təcili tibbi yardım maşınında keçinib.
Rusiya polisləri “VAZ-21144” markalı avtomobili saxlaya bilib. Avtomobili 23 yaşı azərbaycanlı O. Əliyev idarə edib.
Hazırda Rusiya hüquq-mühafizə orqanları əməkdaşları “Tabak” mağazasına hücum edən digər şəxsləri axtarır.
Eldar
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


