Avtovağzaldan qiymət artımı ilə bağlı AÇIQLAMA

Avtovağzaldan qiymət artımı ilə bağlı AÇIQLAMA
  26 Aprel 2014    Oxunub:958
Son günlər Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası avtobuslarda gediş haqqının qaldırılması ilə bağlı sərnişinlərin şikayətinə sözügedən qurum aydınlıq gətirib.
Avtovağzaldan AzVision.az-a verilən məlumata görə, avtobuslarda heç bir qiymət artımı yoxdur: “Heç bir süni qiymət artımı yoxdur. Sizə nə deyiblərsə, yalan məlumatdır. Sərnişinlər kassadan gəlib biletlərini alırlar. Kassada da biletlər olduğu qiymətə satılır. Əldə isə heç bir bilet satışı həyata keçirilmir”.

Qeyd edək ki, avtovağzaldakı süni qiymət artımının olması ilə bağlı saytımıza sərnişinlər məlumat veriblər. Bildirilib ki, Bakıdan Gəncəyə gedən avtobuslarda bir nəfər üçün bilet satışı 5 manat 57 qəpik təşkil etdiyi halda gediş haqqı 7 manata qaldırılıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti