Bakının inkişaf planı müzakirəyə çıxarılacaq

Bakının inkişaf planı müzakirəyə çıxarılacaq
  26 Aprel 2014    Oxunub:1003
2030-cu ilədək “Böyük Bakının regional inkişaf planı layihəsi” üzrə ictimai dinləmələr mayın 14-də keçiriləcək.

Bu barədə AzVision.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər.

Komidən verilən məlumata görə, layihə üzərində işlər artıq başa çatdırılıb, yekun sənəd isə razılaşdırılmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib. İki ay ərzində sənəd Nazirlər Kabinetinə təqdim ediləcək.

Müzakirələr zamanı konstruktiv təkliflər veriləcəyi halda baş plan yenidən işlənə bilər.

AzVision.az



Teqlər:  



Xəbər lenti