Prezident sabiq həmkarı ilə görüşüb

Prezident sabiq həmkarı ilə görüşüb
  26 Aprel 2014    Oxunub:1259
Prezident İlham Əliyev aprelin 26-da Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Söhbət zamanı əməkdaşlığımızın daha da inkişaf etdirilməsində Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti vurğulandı.


Teqlər:  



Xəbər lenti