İlham Əliyev Niderland Kralını təbrik etdi

İlham Əliyev Niderland Kralını təbrik etdi
  26 Aprel 2014    Oxunub:947
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Kral günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu yaxınlarda III Nüvə Təhlükəsizliyi Sammiti ilə bağlı Niderlanda etdiyim səfərdən məmnunam. İnanıram ki, Azərbaycan ilə Niderland arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".

İlham Əliyev Villem-Aleksandra möhkəm cansağlığı, işlərində uğurlar, dost Niderland xalqına daim sülh və rifah diləyib.


Teqlər:  



Xəbər lenti