Azərbaycanda daha bir generalın həbs gözlənilir - İDDİA

Azərbaycanda daha bir generalın həbs gözlənilir - İDDİA
  27 Aprel 2014    Oxunub:990
Keçmiş korpus komandiri Mahmud Həmzəyevin istintaqa cəlb ediləcəyi gözlənilir.

AzVision.az xəbər verir ki,bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi məsələlər üzrə ekspert Cəsur Sümərinli məlumat verib.

Onun sözlərinə görə, keçmiş korpus komandiri Mahmud Həmzəyevin istintaqa cəlb ediləcəyi gözlənilir:

“Səfər Əbiyev zamanında korpus komandiri vəzifəsini tutmuş şəxsin də qarşıdakı iki həftə ərzində istintaqa çağırılacağı barədə məlumat var. Söhbət Mahmud Həmzəyevdən gedir. Həmzəyev Beyləqandakı hərbi birləşməyə başçılıq etmişdi. Araşdırma qrupu bu generalın Silahlı Qüvvələrdə mövcud olan geniş miqyaslı yeyinti və mənimsəmələrdə rolunu aydınlaşdırmaq istəyir”. Axar.az



Teqlər:  





Xəbər lenti