`Türkiyə Xocalı səhvini düzəltməlidir`

`Türkiyə Xocalı səhvini düzəltməlidir`
  27 Aprel 2014    Oxunub:733
Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilməsinə kəskin etirazını bildirən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, bu hadisə baş veribsə, birbaşa bütün Türk dünyasına qarşı olan addımdır:
- Xocalı bütün türk dövlətlərinin ortaq dərdidir, soyqırımıdır. Abidənin üzərindən soyqırımı pozub qətliam yazmaq nə deməkdir? Ermənilər buna etiraz edib deyə, dəyişdiriblər. Hamı da bilir ki, Türkiyə hökümətinin razılğı olmadan bu addımı atmaq olmaz. Sonra da deyirlər ki, biz danışırıq. Etiraz edirik. İndi danışmayasan nə edəsən?! Buna nə sözünüz?! Axı biz görürür ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Türkiyə dövləti üçün böyük addımlar atır və daim Türkiyənin milli maraqlarının müdafiəçisi kimi çıxış edir və müdafiə edir! Hər zaman Türkiyəyənin yanında olur və böyük dəstəklər verir. Bütün bunların müqabilində Türkiyə dövləti Azərbaycana nə edir? Biz həmişə arzulamışıq ki, İlham Əliyevin Türkiyəyə olan sevgisinin və münasibətinin qarşılığını Ərdoğan Azərbaycana etsin. Ərdoğan İlham Əliyevin Türkiyəni sevdiyi qədər Azərbaycanı sevsin!


Teqlər:





Xəbər lenti