Abutalıbov meriyanı səfərbər etdi

Abutalıbov meriyanı səfərbər etdi
  28 Aprel 2014    Oxunub:801
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Gül Bayramı ilə bağlı hazırlıq işlərinə şəxsən nəzarət edir.
Bu barədə AzVision.az-a açıqlamasında İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nuranə Mərdanova deyib.

Onun sözlərinə görə, şəhər meri vaxt tapan kimi həmin əraziyə baş çəkir, görülən işlərlə maraqlanır: “Gül bayramının hazırlığı Hacıbala müəllimin şəxsi nəzarətindədir. Hazırda bu istiqamətdə ciddi hazırlıq işləri gedir ”.

Qurum rəsmisi bayram üçün paytaxta hansı ölkələrdən və nə qədər gül gətirilməsindən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda Gül bayramı təşkil edir. Budəfəki Gül Bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti