Sabah duman olacaq

Sabah duman olacaq
  28 Aprel 2014    Oxunub:840
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 29-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq gün ərzində hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, cənub küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 2-3 gündə Azərbaycan ərazisində havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir.


Teqlər:





Xəbər lenti