Çində “iPhone” fabriki bağlandı: “iPhone 14”ün təqdimatı gecikəcək?

   Çində “iPhone” fabriki bağlandı:    “iPhone 14”ün təqdimatı gecikəcək?
  26 İyul 2022    Oxunub:541
Çinin bir sıra ən böyük şirkətləri, o cümlədən “iPhone” istehsalçısı “Foxconn” hökumətini əmri ilə Şençjendəki fabriklərini 7 gün müddətinə işçilər müəssisədə qalmaq şərtilə bağlamağa məcbur olub.
Bu o deməkdir ki, müəssisələr fəaliyyətini davam etdirəcək, lakin işçilər istehsaldan kənar insanlarla təmasdan qaçmaq üçün onları tərk edə bilməzlər. Bu tədbir Çində COVID-19-un yayılmasını azaltmaq üçün nəzərdə tutulub.

Məhdudiyyətlər Huawei, ZTE və DJI, həmçinin neft-qaz şirkəti Cnooc Ltd şirkətlərinə də təsir edib. İstehsalçılardan infeksiyanın yayılmasının qarşısını almaq üçün ofis işçiləri ilə fabrik işçiləri arasında təması minimuma endirmələri də istənib.

Yeni nəsil iPhone-un istehsalı, bir qayda olaraq, yayda başlanır, ona görə də fabriklərdə yaranan hər hansı problem yeni cihazların tədarükünün gecikməsinə səbəb ola bilər. “iPhone 14” xəttinin təqdimatının payızda Apple-ın ənənəvi təqdimatında baş tutacağı gözlənilir.

AzVision.az

Teqlər:







Xəbər lenti