Varlıların “Ağ Şəhər”i, qiymətlər “əl yandırır”

Varlıların “Ağ Şəhər”i, qiymətlər “əl yandırır”
  28 Aprel 2014    Oxunub:9728
Bakı Ağ Şəhər Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri açıqlanıb. Kompeksdən AzVision.az-a verilən məlumata görə, mənzillər kvadratı minimum 1450 manatdan satışa çıxarılıb.

Belə ki, 7 mərtəbəli binanın sonuncu mərtəbəsindən ev alanlar, nəğd olaraq kvadratı 1450 manatdan ödəniş etməlidirlər.

Kreditlə isə bu qiymət 1550 manat təşkil edir. Binanın aşağı və orta mərtəbələrində isə mənzilin kvadratı nəğd şəkildə 1500 manata, kreditlə 1600 manata satılır.

Satışa çıxarılan mənzillərin həcmi 2 otaq üçün 90-100 kv.m arası dəyişir. 3 Otaqlı mənzilər 126, 145, 132 kvadrat metr təşkil edir. 4 otaqlı mənzilər 155, 161, 5 otaqlılar isə 239, 242 kvadrat metrdir.

Bunu nəzərə alsaq Bakı Ağ Şəhər Kompleksindən minimum 2 otaqlı təmirsiz mənzil almaq üçün 130 min manat ödəmək lazım olacaq. 3 və 4 otaqlı mənzillər isə 200, 300 min manat civarında alıcılara təqdim olunur.

Kompleksdən bildiriblər ki, mənzillər kreditlə 2 ilə verilir və ilkin olaraq 40 % ödəniş edilir. Eyni zamanda kreditlərin faizsiz olduğu qeyd olunub.

Qeyd edək ki, Bakı Ağ Şəhər şəhərsalma layihəsi prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompeks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti